Hörmətli Həmkarlarım
Uzun illərdir xəyal etdiyimiz,həyacanını severək yaşadığımız, Türk dilli dövlətlər arasında elmi əməkdaşlıq və təcrübə mübadiləsinə təkan verəcək və hər zaman qürurla səsləndirəcəyimiz Türk Dilli Dövlətlərin 1 -ci Endokrinoloji Konfransına sizləri dəvət etmək çox böyük qürür, sevinc və fəxrdir.
Azərbaycan,Özbəkistan,Qazağıstan,Qırğızıstan və Türkiyə olaraq bərabər planladığımız ,qardaş ölkələrin endokrinoloqlarının bir araya gələcəyi 1. TDDEK 18-20 Aprel tarixlərində odlar yurdu Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaqdır.
Azərbaycan Endokrinoloqlar Cəmiyyəti olaraq ev sahibliyi etdiyimiz 1.TDDEK’in Türk dilli dövlətlərin endokrinologiya sahəsindəki qarşılıqlı əməkdaşlığını zirvələrə daşıyacağına,növbəti illərdə qardaş ölkələrin Endokrin cəmiyyətlərinin ev sahibliyi ilə dəvam edəcəyinə inanırıq..
Konfransın elmi proqramında aktual endokrinoloji xəstəliklərə kliniki-praktik yanaşma və eləcədə endokrinologiyada yeniliklər ,daha az rast gəlinən patologiyalar haqda məruzələrə yer verilmiş,kliniki-praktik və nəzəri çıxışların balansına xüsusi diqqət yetirilmişdir.
Türk dilli dövlətlər arasında dostluq və əməkdaşlıq ruhunu önə çıxaran bu tədbirdə , hər bir ölkənin aparıcı mütəxəssisinin canlı dinləyəcəyiniz məruzələrindən, qarşılıqlı sual-cavab əsasında baş tutacaq interaktiv panellərdən çox böyük fayda alacağınıza ,akademik bilik və bacarığınızı artıracağınıza,bir sözlə elmi və mənəvi zövq alacağınıza əminik..
1.TDDEK’də sizləri aramızda görməkdən çox böyük sevinc və şərəf hiss edərik
Hörmətlə
Xəyyam Eyvazov
1.TDDEK sədri
Dr. Mustafa Cesur
1.TDDEK Elmi komitə sədri
Gülay Həsən
1.TDDEK sekretarı
İbrahim Şahin
1.TDDEK sekretarı